ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Əhməd Yusifov dünya çempionu oldu

Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu
Əhməd Yusifov dünya çempionu oldu

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında fərdi yarışların ilk gününə yekun vurulub.

Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -48 kq və kişilərin -60 kq çəki dərəcələrində mübarizə aparıb. Günün əsas hadisəsi Əhməd Yusifovun dünya çempionu titulunu qazanması olub.

-60 kq çəki dərəcəsində yarışan Əhməd Yusifov mübarizəyə 1/16 finaldan başlayıb. Cüdoçumuz ardıcıl olaraq Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovdan üstün olan Yusifov dünya çempionu adını qazanıb.

Eyni çəki dərəcəsində Balabəy Ağayev ilk görüşündə ukraynalı Dilşot Xalmatovu məğlub edib, növbəti mərhələdə isə ABŞ təmsilçisi Conatan Yanqa uduzaraq mübarizəni dayandırıb.

Qadınların -48 kq çəki dərəcəsində Könül Əliyeva Çili təmsilçisi Mari Di Varqas Ley üzərində qələbə qazandıqdan sonra Rusiya cüdoçusu Sabina Giliazovaya məğlub olub. Şəfəq Həmidova isə ilk qarşılaşmasında Madaqaskar təmsilçisi Nataşa Razafindrakaloya uduzub.

Əhməd Yusifovun qazandığı qızıl medal Azərbaycan cüdosu üçün tarixi nəticə olub. O, -60 kq çəki dərəcəsində dünya çempionu olan ilk azərbaycanlı cüdoçu kimi tarixə düşüb. Yusifov eyni zamanda Elxan Məmmədov, Hidayət Heydərov və Zelim Kotsoyevdən sonra Azərbaycanın böyüklər arasında dördüncü dünya çempionu olub.