ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Elcan Hacıyev ilk qitə birincisi titulunu əldə etdi

Elcan Hacıyev ilk qitə birincisi titulunu əldə etdi

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında Azərbaycan cüdoçusu Elcan Hacıyevin gənclər arasında Avropa çempionatının ikinci günündə göstərdiyi performans haqqında məqalə dərc olunub. 


Müəllifin sözlərinə görə, -81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyevin tatamidə göstərdiyi performans onun sabit inkişafının və topladığı təcrübənin sübutudur. Bu səbəbdən Azərbaycanlı cüdoçu həmyaşıdlarından daha üstün idi. Məqalədə bildirilir ki, Elcan Hacıyevin uğurunun təməlində  Azərbaycan cüdosunun bu günə gədər qazandığı nailiyyətlər və adət ənənələri durur. 

“Olimpiya çempionu Elnur Məmmədlinin və Azərbaycan üzrə yeganə dünya çempionu Elxan Məmmədovun tövsiyələri, onların mənə inamı mənim üçün çox böyük motivasiya oldu. Bu qızıl medalı komandaya qazandırdığım və Azərbaycan cüdo tarixinə belə bir uğurun yazılmasında imzam olduğu üçün çox şadam,” – deyə Elcan Hacıyev EJU-nun rəsmi saytına verdiyi müsahibəsində bildirib. 

Məqalədə bildirilir ki, Elcan Hacıyev səpələnmişlər sırasında ilk yerdə olmasa da qızıl medal alması ilə bağlı ehtimallar var idi: “Elcan məşqçilərin etimadını doğrultdu və çempionatın ikinci günü gənclər arasında çempion oldu”.

O, EJU-nun saytı üçün verdiyi müsahibəsində bildirir ki, bu qızıl medalı çoxdan arzulayırdı: “Bu günə qədər çox yarışlarda iştirak etmişəm, amma heç vaxt qızıl medal əldə edə bilməmişəm. Yarımfinala yüksəldiyim və məğlub olduğum yarışlar olub, amma bu gün məqsədimə nail oldum. Bugün özümü inamlı və çox xoşbəxt hiss edirəm”.

İdmançımız Elcan Hacıyev bu yaxınlarda Ekvadorun Quayaquil şəhərində keçirilən gənclər arasında Dünya çempionatında bürünc medal qazanıb.  Praqada keçirilən çempionatda isə o bütün rəqiblərini geridə qoyaraq finala yüksəlib və finalda italiyalı rəqibinə 1 dəqiqə 25 saniyə ərzində "ippon"la qalib gələrək Avropa çempionu olub.

Eyni zamanda, idmançımız dəfələrlə böyüklər arasında yarışlarda da uğurla çıxış edib, Tbilisidə və Bakıda keçirilən Böyük Dəbilqə turnirlərində medallar qazanıb. 

Məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli yeniyetmələrdən, gənclərdən və böyüklərdən ibarət komanda ilə birgə səfərlərə qatılır və komandanın uğurunu görməkdən böyük qürur duyur: “Gənc idmançılarımızı təcrübə üçün Böyük Dəbilqə və Qran Pri yarışlarına göndəririk ki, onlar Avropa çempionatı kimi mötəbər yarışlara hazırlıqlı olsunlar. Təbii ki, biz bu gün üçün çox şadıq. İdmançılarımız böyük fərdi nailiyyət əldə etdilər və nəyə qadir olduqlarını ortaya qoydular. Cüdoçularımız hələ çox gəncdirlər və qarşıda daha çox yarışlarda təcrübə qazanaraq, davamlı şəkildə nailliyətləri olacaq”.

Məqalənin sonunda bildirilir ki, Azərbaycan cüdoçuları növbəti günlərdə də tatamiyə çıxacaq, lakin artıq Azərbaycan yığma komandası yarışın ikinci günün nəticələrini - Elcan Hacıyevin və Vüsal Qələndərzadənin uğurlarını qeyd edə bilər.

Link: HAJIYEV CLAIMS FIRST CONTINENTAL TITLE