Elcan Hacıyev Universiadanın gümüş medalını qazanıb
Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində keçirilən 32-ci Ümumdünya Yay Universitet Oyunlarını cüdo millimiz bir medalla başa vurub.
-90 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev Universiadanın gümüş medalını qazanıb.
Qeyd edək ki, beynəlxalq yarışda 57 ölkədən 367 cüdoçu mübarizə aparıb.