ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Elçin İsmayılov Əməkdar məşqçi adına layiq görülüb

Elçin İsmayılov Əməkdar məşqçi adına layiq görülüb

İyunun 7-də gənclər və idman naziri Fərid Qayıbovun Milli Gimnastika Arenasında keçirilən Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşündə Elçin İsmayılova Əməkdar məşqçi vəsiqəsi təqdim edilib. 

Elçin İsmayılov 1991-ci ildə sonuncu dəfə keçirilən SSRİ xalqları spartakiadasının qalibi olub. Bundan başqa o, müxtəlif yaş qrupları üzrə 10 dəfə ittifaq çempionu, Silahlı Qüvvələr arasında dünya çempionu və bir neçə dəfə müxtəlif beynəlxalq yarışların da qalibi olub. Elçin İsmayılov 4 il Azərbaycan cüdo üzrə milli yığmasının məşqçisi kimi çalışıb, bir sıra dünya və Avropa mükafatçıları yetişdirib.

Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından Elçin İsmayılovu təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzu edirik!