ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Elnur Məmmədli Avropa Cüdo Birliyində idman komissarı vəzifəsinə başlayıb

Elnur Məmmədli Avropa Cüdo Birliyində idman komissarı vəzifəsinə başlayıb

Sentyabrın 16-17-də Sarayevoda keçirilən Açıq Avropa turnirində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli  idman komissarı vəzifəsini icra edəcək.

Elnur Məmmədli tutduğu vəzifə ilə bağlı fikirlərini bölüşərək deyib: 

"Sarayevo Açıq Avropa Turnirində üç gün boyu İdman Komissarı olacağam. Bu vəzifə böyük məsuliyyət daşıyır və Azərbaycanda cüdonun inkişafına dair bir göstəricidir. Azərbaycan cüdo idman növündə təkcə idmançılarımızın nailiyyətləri ilə fərqlənmir, həmçinin hakimlərimizlə və beynəlxalq yarışların təşkili ilə də özünü sübut edir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sarayevo Açıq Avropa turnirinin uğurla keçirilməsi üçün əlimdən gələni edəcəyəm.".