ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Əməkdar məşqçilər Ağanağı Cəfərov və Musa İsmayılova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib

Əməkdar məşqçilər Ağanağı Cəfərov və Musa İsmayılova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə, əməkdar məşqçilər Ağanağı Cəfərov və Musa İsmayılova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.

Ağanağı Cəfərov 1981-ci ildən cüdo idman növü üzrə peşəkar məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. O, dünya çempionu Elxan Məmmədov və paralimpiya çempionu Afaq Sultanovanın şəxsi məşqçisidir. A.Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2012-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Musa İsmayılov 1985-1991-ci illərdə İxtisaslamış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman məktəbində direktor vəzifəsində çalışıb. Tələbələri SSRİ birinciliklərinin, Azərbaycan birinciliklərinin və beynəlxalq yarışların qalibləri və mükafatçıları olublar. 20-dən çox tələbəsi SSRİ idman ustası adına layiq görülüb. 1991-1997-ci illərdə Türkiyənin cüdo üzrə kişilərdən ibarət yığma komandasının baş məşqçisi olaraq çalışıb. Hazırda M.İsmayılov Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə məsul əməkdaşı və “Turan” İdman klubunun direktoru kimi fəaliyyət göstərir. 

Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından Ağanağı müəllimi və Musa müəllimi təbrik edir, möhkəm cansağlığı və yeni peşəkar nailiyyətlər arzu edirik!