ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Euronews”: Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışlarının ikinci günündə Azərbaycan qızıl medal qazandı

“Euronews”: Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışlarının ikinci günündə Azərbaycan qızıl medal qazandı
“Euronews”: Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışlarının ikinci günündə Azərbaycan qızıl medal qazandı
“Euronews”: Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışlarının ikinci günündə Azərbaycan qızıl medal qazandı

Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Böyük Dəbilqə yarışının ikinci günündə atmosferin coşğulu olacağı gözlənilirdi, Milli Gimnastika Arenası öz milli qəhrəmanlarına azarkeşlik etmək istəyən gənclərlə dolu idi.

Yerli federasiya təmsilçiləri həyatlarının növbəti mərhələsinə qədəm qoyan çempionlarını təbrik etdilər. Finallara 63 kiloqram çəki dərəcəsində start verildi, polşalı Anjelika Şimanska gərgin mübarizədən sonra vaza-ari ilə birinci oldu və özünün ilk Böyük Dəbilqə qalibiyyətini qazandı.

Medalları Beynəlxalq Cüdo Federasiyasının (BCF) Baş idman direktoru cənab Vladimir Barta təqdim etdi.

"Atmosfer heyrətamizdir, buradakı uşaqlar cüdonu sevirlər, bu, Azərbaycanda çox populyar idman növüdür, ona görə də mən burada olmaqdan, burada qələbə qazanmaqdan və uşaqlarla birlikdə qələbəmdən həzz almaqdan çox şadam", – deyə Şimanska bildirdi.

73 kiloqram çəki dərəcəsində Azərbaycan Böyük Dəbilqə yarışlarının ikinci qızılını qazandı ki, bu da Azərbaycan üçün olduqca qürurverici idi.

Arxasında böyük tamaşaçı kütləsinin dəstəyi olan Hidayət Heydərov yarışı möhtəşəm “soi-otoshi” ilə başa vurdu.

Arena sevinc sədalarına qərq oldu, onun adı ucadan səsləndi. Bu, Heydərov və Bakıdakı azarkeşlər üçün nağıla bənzər gün idi və tamaşaçılar arasında olan gələcəyin gənc cüdoçuları üçün ruhlandırıcı görüntü idi.

Ona medalını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu cənab Elnur Məmmədli təqdim etdi. 

"Ümid edirəm ki, komandamın üzvləri burada mənim uğurumu təkrarlayacaqlar və ümidvaram ki, Azərbaycanın daha çox Olimpiya çempionları olacaq və mən də onlardan biri olacağam", – deyə Heydərov sonradan bildirdi.

70 kiloqram çəki dərəcəsində Yunanıstan təmsilçisi Elisavet Teltsidu möhtəşəm vaza-ari ilə ispaniyalı Ai Tsunoda Rustantı məğlub etdi ki, bu da ona qürurverici dördüncü Böyük Dəbilqə qızılını qazandırdı.

Medalları BCF-in səfiri Dr. Antonio Kastro təqdim etdi. 

Gün ev sahibi ölkə üçün üçüncü inanılmaz qızılla başa çatdı. 81 kiloqram çəki dərəcəsində qalib titulu Olimpiya Oyunlarının bürünc mükafatçısı Şamil Borçaşvilini məğlub edən yerli ümidverici idmançı Zelim Tçkayevə nəsib oldu. Azərbaycan üçün necə də möhtəşəm gündür!

Medalları Olimpiya Oyunlarının və Dünya çempionatının bürünc mükafatçısı cənab Mövlud Mirəliyev təqdim etdi.

İkinci gündə tamaşaçı kütləsi Azərbaycan komandasının nailiyyətlərindən bir daha həzz aldı. İppon ardınca ippon onları gün ərzində daha da coşduraraq Bakıda coşğulu atmosfer yaratdı.