“Euronews” xəbər kanalı Bakıda keçirilən Böyük Dəbilqə turniri haqqında süjet hazırlayıb
“Euronews” xəbər kanalı Bakıda keçirilən Böyük Dəbilqə turniri haqqında süjet hazırlayıb. Süjetdə Azərbaycanda cüdonun 50 illik yubileyinin qeyd olunması və təntənəli açılış mərasimindən kadrlar təqdim olunub. Böyük Dəbilqə turnirinin qızıl medalçısı cüdoçumuz Balabəy Ağayev müsahibəsində bildirib ki, öz azərkeşlərimizin qarşısında çıxış etmək tamamilə başqa hissdir: “Azərkeşlərin göstərdiyi dəstək qələbəyə motivasiya verir və artıq məğlubiyyəti düşünmək olmur. Çox yorğun olsan da yalnız qalibiyyətə doğru irəli gedirsən”.
Süjetin sonunda bildirilib ki, mütəxəssislərin sözlərinə görə Kəramət Hüseynovun möhtəşəm ipponu günün sensasiyasına çevrilib və 50 il ərzində Azərbaycanın bu idman növündə ən güclü ölkələrdən birinə çevrilməsinin sübutu olub.
Qeyd edək ki, Bakı Böyük Dəbilqə turnirində daha iki cüdoçumuz Orxan Səfərov və Kəramət Hüseynov bürünc medal qazanıb.