ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“EYOF 2022” birinci gün: Azərbaycan favorit ölkələr sırasında

“EYOF 2022” birinci gün: Azərbaycan favorit ölkələr sırasında

Avropa Gənclərin Yay Olimpiya Festivalının (EYOF) birinci günündə  Azərbaycan favorit ölkələr sırasında yer alıb, bununla bağlı Avropa Cüdo Birliyinin (EJU) saytında məqalə dərc olunub. Müəllifin sözlərinə görə, EYOF-un birinci günündə  Azərbaycanın 3 idmançısının finala qədər yüksəlməsi təqdirə layiqdir. 

Turnirin ilk günündə  -55 kq. çəki dərəcəsində yarışan idmançımız Murad Əliyev  finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb və gümüş medala sahib çıxıb. EJU-nun məqaləsində bildirilib ki, M.Əliyev üçün finala çıxmaq böyük nailiyyətdir. Bu medal onun beynəlxalq dövrdə ilk medalıdır və buraya çatmaq üçün o uzun yol fəth edib. 

-48 kq. çəki dərəcəsində mübarizə aparan və yeniyetmələr arasında kifayət qədər təcrübəyə sahib olan idmançı Könül Əliyeva  həlledici qarşılaşmada italiyalı İlariya Finestronen ilə qarşılaşdı və gümüş medal qazandı. Artıq 3-cü dəfədir ki, nüfuzlu turnirdən ölkəmizə medalla qayıdan idmançımız bundan əvvəl Poznan və  Banya Luka  gənclər arası Avropa Kuboku  turnirlərində də gümüş medalla sahib çıxmışdır. 

Eyni zamanda, -60 kq. çəki dərəcəsində mübarizə aparan Nurlan Kərimlinin əzmkarlığı və dözümlülüyü də onu zirvəyə çatdırıb, və o finalda niderlandlı Yohem Van Hartenlə qarşılaşaraq  gümüş mükafatla kifayətlənib.

Link: AZERBAIJAN AND NETHERLANDS LEAD THE CHARGE IN EYOF DAY ONE PRELIMINARIES