EYOF-da tarix yazan cüdoçularımız Vətənə qayıdıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında uğurlu nəticə əldə edən idmançılarımız Vətənə qayıdıb.
Cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, EYOF-da 3 qızıl, 2 gümüş və 3 bürünc olmaqla 8 medal qazanan cüdo yığmamız medalların əyarına görə ümumi komanda birinci yeri tutub.