ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Fərhad Rəcəbli 9-cu dəfə Avropa çempionu oldu

Fərhad Rəcəbli 9-cu dəfə Avropa çempionu oldu
Fərhad Rəcəbli 9-cu dəfə Avropa çempionu oldu

Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının ilk yarış günü keçirilib. 

8 iyunda yarışda M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb.

M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində mübarizə aparan veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Bu, idmançımızın usta cüdoçular arasında Avropa çempionatlarında qazandığı 9-cu qızıl medal olub.

M6 yaş kateqoriyası üzrə +100 kq. çəkidə yarışan cüdoçumuz Qabil Qasımov bürünc medala layiq görülüb.

İdmançımızı təbrik edirik!