ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Fərhad Rəcəbli mundialın gümüş mükafatına layiq görülüb

Fərhad Rəcəbli mundialın gümüş mükafatına layiq görülüb
Fərhad Rəcəbli mundialın gümüş mükafatına layiq görülüb

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında kişi cüdoçularımız çıxışını başa vurub.

Dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb. M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (-90 kq) mundialın gümüş mükafatına layiq görülüb. 

Xatırladaq ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) isə bürünc medala yiyələniblər. 

Hazırda komandamızın aktivində 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal var.