ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Fərid Qayıbov “EYOF 2022”-də uğur qazanan idmançılarımızı qəbul edib

4 avqust 2022-ci il tarixində Gənclər İdman Naziri Fərid Qayıbov Slovakiyanın 

Banska Bıstritsa şəhərində keçirilən XVI Avropa Gənclər Olimpiya Festivalında (EYOF 2022) iştirak etmiş heyəti qəbul edib. Fərid Qayıbov cüdo üzrə Azərbaycan milli yığma komandasının üzvlərini fərdi yarışlarda göstərdiyi nəticələrə görə, həmçinin komanda yarışlarında birinci yer qazanmaq münasibəti ilə təbrik edib.

Fərid Qaybov bildirib ki, hər dəfə belə görüşlərə dəvət olunan idmançıların sayı daha da çoxalır. Bu isə qazanılan uğurların artmasının bariz nümunəsidir: “Uğur asan başa gəlmir. Hər medalda bir çox insanın zəhməti var. Yarışlar zamanı sizinlə həyəcanlanır, hər birinizin uğuruna sevinirik”.

Cüdoçularımız Fərid Qayıbova səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər. Görüş zamanı qızıl medalçımız Fidan Əlizadə və komanda yarışında qızıl medal qazanan Qadir Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə idmana, o cümlədən cüdoya göstərdiyi diqqət və qayğıya, həmçinin Avropa Gənclər Yay Olimpiya Festivalında göstərilmiş nəticələrə görə idmançılar və məşqçiləri mükafatlandırmasına görə dərin təşəkkürlərini bildiriblər.