ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

FİDAN ƏSL ÇEMPİONDUR!

FİDAN ƏSL ÇEMPİONDUR!

Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanın gənclərdən ibarət milli yığmasının Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatındakı uğuru barədə "FİDAN ƏSL ÇEMPİONDUR!” başlıqlı məqalə dərc olunub.

Məqaləni təqdim edirik:

“Medal cədvəlində birinci yer (4-2-2-), üstəlik, Fransa ilə həyəcanlı final duelindən sonra qarışıq komanda qızılı. Azərbaycan yığması Tallində keçirilən gənclər arasında Avropa çempionatında dörd gün boyunca öz tonunu saxladı. Azərbaycan himni daimi favoritə çevrildi. Yarışın dördüncü və sonuncu günündə də vəziyyət  dəyişmədi.

“Qarışıq komandanın qızılı bizim üçün taclandırıcı bir uğur idi”, - deyə mükafatlandırma mərasimindən sonra baş məşqçi Elxan Məmmədov bildirdi: “Tallindəki dörd gün bizim üçün bundan yaxşı keçə bilməzdi. Biz doqquzuncu medalımıza, beşinci qızıla inandıq. Həlledici görüş üçün püşkatma zamanı qadınların-57 kq. çəki dərəcəsi çıxdığında belə. Fidana dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan!”

Gənclərin qarışıq Avropa çempionatının titulu uğrunda həlledici duel 8 dəqiqə 19 saniyə davam etdi. Fidan Əlizadə ilk döyüşdəki məğlubiyyətin qisasını Alya De Karvalyodan aldı və Azərbaycan xoşbəxt sona çatdı. 

Elxan Məmmədov: "Bu nəsil mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (-73 kq.) də qaliblər sırasındaydı. Onun o zamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris Olimpiya yığmasında idi. İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun Olimpiada üçün potensialı var".

Oktyabrda Düşənbədə keçiriləcək gənclər arasında dünya çempionatından nə gözləyirsiz?

“Cüdoda bunu demək çətindir. Rəqabət əlbəttə ki, daha da güclüdür və işlər həmişə bu dörd gündə olduğu kimi mükəmməl getməyə bilər. Amma medal cədvəlində bir nömrə olmaq ən azı Düşənbə üçün də hədəfimizdir.””