Gədəbəydə yeni cüdo zalı istifadəyə verilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Gədəbəy İdman Klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb. Gədəbəy rayon mərkəzi parkın yaxınlığında yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.
Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 170 m2 təşkil edir və burada idmançılar üçün bütün zəruri şərait təmin edilib. Cüdo məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Ünvan: Gədəbəy rayonu, mərkəzi parkın yaxınlığı
Əlaqə nömrəsi: +994 50 501 05 25; +994 55 222 95 57