Gənc cüdoçular Avropa çempionatında iştirak edəcək
Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandaları 5-8 sentyabrda keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək. Azərbaycan Estoniyanın paytaxtı Tallində keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Gənclərdən ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Xorvatiya, İspaniya, Avstriyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.
İdmançılar 5-7 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 8 sentyabrda isə komanda yarışlarında iştirak edəcək. Məmmədrza Hacızadə komanda yarışında mübarizəyə qoşulacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar
-48 kq.
Könül Əliyeva
Fəridə Mirzəyeva
-52 kq.
Xədicə Qədəşova
-57 kq.
Fidan Əlizadə
Fidan Qasımova
-70 kq.
Pərvanə Abdullayeva
+78 kq.
Nigar Süleymanova
Oğlanlar
-60 kq.
Nizami İmranov
-73 kq.
Vüsal Qələnədrzadə
Aydın Rzayev
-81 kq.
Süleyman Şükürov
-90 kq.
Aslan Kotsoyev
-90 kq.
Şamil Tuncay
-100 kq.
Əjdər Bağırov
+100 kq.
Ramazan Əhmədov
Kənan Nəsibov
İdmançılarımıza uğurlar arzulayırıq!