ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçular Berlində Avropa Kubokunda iştirak edəcək

Gənc cüdoçular Berlində Avropa Kubokunda iştirak edəcək

Almaniyanın paytaxtı Berlin şəhərində 29-30 iyulda gənclər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə 29 ölkədən 310 idmançı iştirak edəcək. Azərbaycan yarışda qızlar və oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçular gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında çıxış edəcək.

İdmançılarımız 31 iyul-2 avqust tarixlərində Berlində Avropa Cüdo Birliyinin təşkilatçılığı keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.


Qızlar


-52 kq. 

Zeynəb Məmmədova 

Aydan Vəliyeva 


-57 kq. 

Fidan Əlizadə 


+78 kq. 

Nigar Süleymanova


Oğlanlar


-66 kq. 

Nizami İmranov 

Nicat Nağıyev 

Samir Piriyev 

İslam Rəhimov 


-73 kq. 

Süleyman Əliyev 

Vüsal Qələndərzadə 

Qədir Hüseynov 

Aydın Rzazadə 


-90 kq. 

Əjdər Bağırov 

Vüqar Talıbov 

İsmayıl Zamanov 


+100 kq.

Kənan Nəsibov 


İdmançılarımıza uğurlar arzulayırıq!