ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçular dünya çempionatında iştirak edəcək

Gənc cüdoçular dünya çempionatında iştirak edəcək

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandaları 2-6 oktyabrda keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək. Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.

İdmançılar 2-5 oktyabr tarixlərində çempionatın fərdi yarışlarında, 6 oktyabrda isə komanda yarışlarında iştirak edəcək. Pərvanə Abdullayeva, Nigar Süleymanova və Süleyman Əliyev komanda yarışında mübarizəyə qoşulacaqlar.

Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçi Elnur İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Çempionata qatılacaq heyəti təqdim edirik:


Qızlar 


-48 kq. 

Könül Əliyeva 


-52 kq. 

Xədicə Qədəşova 

Aydan Vəliyeva 


-57 kq. 

Fidan Əlizadə


Oğlanlar


-60 kq. 

Nizami İmranov


-66 kq. 

İslam Rəhimov 

Məhəmməd Musayev 


-73 kq. 

Vüsal Qələndərzadə 


-81 kq. 

Süleyman Şükürov 


-90 kq. 

Tuncay Şamil 

Aslan Kotsoyev 


-100 kq. 

Əjdər Bağırov 


+100 kq. 

Kənan Nəsibov 


İdmançılarımıza uğurlar arzulayırıq!