Gənc cüdoçular Malaqa Avropa Kubokunda iştirak edəcək
İspaniyanın Malaqa şəhərində 20-21 mayda gənclər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
İdmançılarımız 22-24 may tarixlərində Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.
Oğlanlar
-60 kq.
Nizami İmranov
Nurlan Kərimli
Əli Hacıyev
Eltun İmranov
Murad Muradlı
-66 kq.
Samir Piriyev
İslam Rəhimov
Aydın Rzayev
Nicat Nağıyev
-73 kq.
Süleyman Əliyev
Qadir Hüseynov
Vüsal Qələndərzadə
-81 kq.
Ömər Rəcəbli
Xəyyam Əliyev
-90 kq.
Əjdər Bağırov
İsmayıl Zamanov
+100 kq.
Kənan Nəsibov
İdmançılarımıza uğurlar arzulayırıq!