ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçular Paris Avropa Kubokunda iştirak edəcək

Gənc cüdoçular Paris Avropa Kubokunda iştirak edəcək

Fransanın paytaxtı Paris şəhərində 6-7 mayda gənclər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək. Azərbaycan yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 8-10 may tarixlərində Parisda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.


Qızlar


-57 kq.

Fidan Əlizadə



Oğlanlar


-60 kq. 

Nizami İmranov 

Nurlan Kərimli 

Nicat Şirinov 


-66 kq. 

İslam Rəhimov 

Aydın Rzayev 

Nicat Nağıyev 


-73 kq. 

Qadir Hüseynov 

Vüsal Qələndərzadə 

Elnur Qasilov 


-81 kq. 

Ömər Rəcəbli 

Aslan Kotsoyev

Məmmədrza Hacızadə 


-90 kq. 

İsmayıl Zamanov 


+100 kq. 

Kənan Nəsibov


İdmançılarımıza uğurlar arzulayırıq!