Gənc cüdoçularımız Nabranda təlim-məşq düşərgəsindədir
Gənc cüdoçularımız Nabranda təlim-məşq düşərgəsində iştirak edir.
Baş məşqçi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli və fiziki hazırlıq üzrə məşqçi Fariz Əsgərovun rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.