Gənc cüdoçularımız Poznan Avropa Kubokunun ilk günündə 4 medal qazandı
Polşanın Poznan şəhərində gənclər arasında Avropa Kuboku başlayıb. İlk yarış günündə cüdoçularımızın qazancı 2 qızıl və 2 bürünc medal olub.
-60 kq çəki dərəcəsinə tatamiyə çıxan Fərid Qarayev və -66 kq çəkidə mübarizə aparan Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb. Nihad Məmişov (-60 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, hazırda komandamız 4 medalla ümumi sıralamaya başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.