ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçularımız Rusiyada 3 medal qazandı

Rusiyanın Krasnoyarsk şəhərində cüdo üzrə gənclər arasında Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Azərbaycan cüdoçuları yarışda 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 3 medal əldə ediblər.

Əhməd Rüstəmov (-66 kq) və Hüseyn Eyvazlı (-100 kq) gümüş medala layiq görülüblər. Murad Allahverdiyev (-90 kq) isə bürünc mükafatın sahibi olub.

Turnirdə 10 ölkədən 240-dən çox cüdoçu mübarizə aparıb.