ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçularımız Skopyedə beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Gənc cüdoçularımız Skopyedə beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandamız Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib. 

Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.