Gənc cüdoçularımız Skopyedə mübarizə aparacaq
2–3 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
Turnirdə 26 ölkədən 241 idmançı mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
-60 kq
Nihad Məmişov
Fərid Qarayev
-66 kq
Məhəmməd Musayev
Nizami İmranov
Sadiq İsgəndərli
-73 kq
Əbil Yusubov
-81 kq
Süleyman Şükürov
-90 kq
Tuncay Şamil
Aslan Kotsoyev
+100 kq
Ramazan Əhmədov