ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc cüdoçularımızın dünya çempionatındakı rəqibləri məlum olub

Gənc cüdoçularımızın dünya çempionatındakı rəqibləri məlum olub

Oktyabrın 4-də Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Mundialda Azərbaycan ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı (6 oğlan, 2 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yarışda 65 ölkədən 463 cüdoçu iştirak edəcək.

Dünya çempionatının təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 16:30-dan, final blokunu isə 03:00-dan etibarən canlı olaraq JudoTV.com saytından izləyə bilərsiniz.

 

Oğlanlar

 

60 kq, 1/32 final

Fərid Qarayev – Yuk Yu Lam (Honkonq)

-60 kq, 1/16 final

Nihad Məmişov – Luka Kabekana (Almaniya) / İsxak Aşpiz (İsrail) cütünün qalibi ilə 

 

-66 kq, 1/32 final

Nizami İmranov – Alessandro Bikornyi (İtaliya)

 

-66 kq, 1/16 final 

Məhəmməd Musayev – Saud Alzahrani (Səudiyyə Ərəbistanı) 

 

-81 kq, 1/16 final 

Süleyman Şükürov – İnyaki Baztan Merçan (İspaniya) / Genadi Çijevski (Moldova) cütünün qalibi ilə 

 

+100 kq, 1/16 final 

Ramazan Əhmədov – Giorgi Baduaşvili (Gürcüstan)

 

Qızlar

 

-52 kq, 1/32 final 

Xədicə Qədəşova – Harli Hiller (ABŞ) 

-52 kq, 1/16 final 

Aydan Vəliyeva – Lola Hodson (Böyük Britaniya)