ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənc qızlardan ibarət cüdo millimiz Çexiyada təlim-məşq düşərgəsinə qatılıb

Gənc qızlardan ibarət cüdo millimiz Çexiyada təlim-məşq düşərgəsinə qatılıb

Cüdo üzrə gənc qızlardan ibarət milli komandamız Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 

Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir. 

3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.