Gəncədə cüdo zallarının maddi-texniki bazası gücləndirilir
Azərbaycan Cüdo Federasiyası (ACF) regionalrda cüdo zallarının maddi-texniki bazanın təkmilləşdirilməsi layihəsi istiqamətində Gəncə şəhərində yerləşən “Zenit” idman klubu, "Gəncə Cüdo Klubu" və “Metalurq” stadionu ərazisində yerləşən cüdo zallarını müasir tatamilər ilə təchiz edib. Tatamilər Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasına aiddir.
Regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. Federasiya indiyə qədər Gəncədə, Ağstafada və Sabirabadda istifadəyə verilmiş cüdo zallarında gördüyü işlərlə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işlərini həyata keçirilir.
Həmçinin, son 1 il müddətində ACF tərəfindən 70-ə yaxın cüdo idman zalına 4000-dən artıq cüdo tatamisi paylanıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.