ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gəncədə Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Gəncədə Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

2-3 dekabrda Gəncə şəhərində yerləşən Cüdo Təlim Mərkəzində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək. İmtahan bütün kəmər dərəcələri üzrə keçiriləcək.

İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. 

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. 

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak  üçün zəruridir. 


İmtahanın vaxtı:

Tarix: 2-3 dekabr 2023-cü il

Məkan: Gəncə Cüdo Təlim Mərkəzi


İmtahana qeydiyyat ödənişlidir və ACF-in Judo Manager platforması vasitəsilə həyata keçirilir. Qeydiyyatla bağlı daha ətraflı məlumat üçün əlaqə vasitəsi: +994 50 467 55 04 (Əli Kərimov) 


İmtahanların qiyməti:

Ağ-sarı kəmər - 30 AZN

Sarı kəmər - 30 AZN

Narıncı kəmər - 40 AZN

Yaşıl kəmər - 40 AZN

Göy kəmər - 50 AZN

Qəhvəyi kəmər - 50 AZN


Kəmər imtahanında iştirak edəcək bütün idmançılara uğurlar arzu edirik!