ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənclər arasında Avropa çempionatında iştirak edəcək heyət bəlli oldu

Gənclər arasında Avropa çempionatında iştirak edəcək heyət bəlli oldu

4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.


Heyəti təqdim edirik:


Oğlanlar


-60 kq

Nihad Məmişov

Fərid Qarayev


-66 kq

Məhəmməd Musayev

Nizami İmranov


-73 kq

Əbil Yusubov


-81 kq

Süleyman Şükürov


-90 kq

Aslan Kotsoyev


-100 kq

Davud Namazlı


+100 kq

Ramazan Əhmədov


Qızlar


-48 kq

Fəridə Mirzəyeva


-52 kq

Xədicə Qədəşova

Aydan Vəliyeva 


+78 kq

Nigar Süleymanova


Qarışıq komanda yarışı


-63 kq

Nilgün Rzayeva