ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Gənclərdən ibarət milli yığmamız Dünya çempionatına hazırlaşır

Gənclərdən ibarət milli yığmamız Dünya çempionatına hazırlaşır
Gənclərdən ibarət milli yığmamız Dünya çempionatına hazırlaşır
Gənclərdən ibarət milli yığmamız Dünya çempionatına hazırlaşır

10-14 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında Dünya çempionatı keçiriləcək. Yarışda iştirak edəcək cüdoçularımız Bakı şəhərində təlim-məşq toplanışındadırlar.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışında iştirak ediblər və onların hazırlıqları ilə maraqlanıblar. 

ACF-nin vitse-prezidenti Elnur Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni medallar qazandırmasını dilədiyini bildirib. Eyni zamanda, vitse-prezident bildirib ki, idmançılarımız turnirə çox ciddi hazırlaşıblar, yerli və beynəlxalq səviyyədə təlim-məşq toplanışlarında iştirak ediblər.

Gənclərdən ibarət milli yığma komandanın 8 üzvü çempionatda iştirak üçün 7 avqust tarixində Ekvadora yola düşəcək. Cüdoçularımız 10-13 avqust tarixlərində fərdi yarışlarda iştirak edəcəklər.

Baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək idmançılarımızı sizə təqdim edirik:


-60 kq. 


Turan Bayramov


 -73 kq. 


Vüsal Qələndərzadə

Qadir Hüseynov


-81 kq. 


Elcan Hacıyev 

Məhərrəm İmamverdiyev


 -90 kq. 


Vüqar Talıbov 


-100 kq. 


Ruslan Nəsirli 


+100 kq. 


Kənan Nəsibov


Azərbaycan cüdo ailəsi adından bütün idmançılarımıza uğurlar arzu edirik.