Gənclərin Polşada təlim-məşq toplanışı davam edir
15 maydan etibarən gənclərdən ibarət milli yığma komanda baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında 15 idmançının iştirakı ilə Polşanın Zakopane şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışı davam edir.
Qeyd edək ki, təlim-məşq toplanışına Çexiyadan və Polşadan yerli gənc cüdoçular qatılıblar. Təlimlər may ayının 27-ə qədər davam edəcək.