Gimnaziadada cüdoçularımızdan 7 medal
Serbiyanın Luçani şəhərində keçirilən ISF U-15 Gimnaziada İdman Oyunlarının cüdo yarışları başa çatıb.
Azərbaycan təmsilçiləri sonuncu yarış günündə uğurlu çıxış edərək 2 qızıl və 1 bürünc medala sahib olublar.
Oğlanların mübarizəsidə Fuad Rəhimli (-38 kq) və Fərid Rzazadə (-42 kq) bütün görüşlərini qələbə ilə tamamlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qızlar arasında isə -63 kq çəki dərəcəsində Türkan Məmmədli bürünc medala yiyələnib.
Ötən yarış günündə Yağmur Abdullayeva (-44 kq) qızıl, Fatimeyizəhraxanım Məmmədzadə (-36 kq), Nərgiz Məmmədova (-40 kq) və Mehdi Məhəmmədəli (-73 kq) bürünc medalla yadda qalmışdı.
Beləliklə, cüdoçularımız Gimnaziadanı 3 qızıl və 4 bürünc medalla başa vurublar.