ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Goranboyda I dan dərəcəsi üzrə seminar və imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboyda Qərb bölgəsindən olan məşqçilər üçün I dan dərəcəsi üzrə seminar və imtahan keçirilib. 

Tədris prosesinə ümumilikdə 27 məşqçi cəlb olunub. Seminarlara ACF-in təhsil ekspertləri Rafiq Nəcəfov, İsmayıl Rzayev, İbrahim Aslanov və Natiq Qurbanlı rəhbərlik edib. 

Məşğələlər çərçivəsində iştirakçılara “nage-no-kata” istiqamətində nəzəri və praktik biliklər təqdim olunub, bacarıqlarının inkişafı təmin edilib.

Yekunda imtahanı uğurla başa vuran məşqçilərə I dan dərəcəsi təqdim olunub.