ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Göygöl Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib

Göygöl Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib

Mayın 6-sı Göygöldə start götürəcək cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmləri iştirak ediblər. 

Mərasimin əvvəlində ACF-in prezidentinin müşaviri Natiq Bağırov çıxış edərək bildirib ki, Göygöl Avropa Kuboku Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Həmçinin, o göstərdikləri etimada görə Avropa Cüdo Birliyinə (EJU) təşəkkür edib və bütün idmançılara uğurlar arzu edib. 

EJU-nun idman komissarı Albert Gmeiner EJU-nun prezidenti Tot Laszlo adından bütün iştirakçıları salamlayıb və turnirin gənc idmançıların karyeralarda böyük əhəmiyyət kəsb etdiyini və tədbirin təşkilində göstərilən səylərə görə ACF-ə minnətdarlığını bildirib. 

Daha sonra mərasimdə çıxış edən EJU-nun hakimlər üzrə komissarı Mətin Özkan bildirib ki, Göygöl Avropa Kubokunun görüşləri 15 hakim tərəfindən idarə olunacaq, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcəkdir. 

Qeyd edək ki, 6-7 may tarixlərində keçiriləcək Göygöl Avropa Kuboku turnirində 18 ölkədən 268 cüdoçu iştirak edəcək.