Gültac Məmmədəliyeva Zaqreb Qran-Prisində bürünc medal qazanıb
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə Azərbaycan millisinin üzvü Gültac Məmmədəliyeva bürünc medal qazanıb.
Noyabrın 13-də -52 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Məmmədəliyeva ilk görüşündə xorvatiyalı Tea Topolovetsi, 1/8 finalda isə Çin Taypeyi təmsilçisi Pin-Hsun Tsenqi məğlub edib.
1/4 finalda Macarıstan idmançısı Roza Dyertyaşa uduzan təmsilçimiz mübarizəni təsəlliverici görüşdə davam etdirib. Bu mərhələdə kosovolu Fatjona Kasapini üstələyən Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada italiyalı İlaria Finestroneyə qalib gələrək fəxri kürsüdə yer alıb.