ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Hakimlərimiz Bakıda paracüdo üzrə Qran Pri turnirində ədalət təmsilçiləri arasında yer aldı

Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Arzu Acalova 26-27 sentyabrda Bakıda keçirilən paracüdo üzrə Qran Pri turnirində ədalət təmsilçiləri arasında yer alıblar.

Nazim Umbayev yarışda kişilər arasında J1 -60 kq., qadınlar arasında J1 +70 kq. çəkidə bürünc medal uğrunda görüşü, J2 -57 kq. çəkidə final görüşünü idarə edib. 

Fariz Hüseynov qadınlar arasında J1 -70 kq., kişilər arasında J2 -60 kq. və J2 -90 kq. çəkidə bürünc medal uğrunda, J1 -60 kq. çəkidə final görüşünü idarə edib. 

Arzu Acalova kişilər arasında J2 -90 kq. çəkidə final, qadınlar arasında isə J1 -70 kq. çəkidə bürünc medal uğrunda görüşü idarə edib.

Mətin Rəhimli kişilər arasında J1 -73 kq., J2 -73 kq. və J1 -90 kq. çəkidə bürünc medal uğrunda, qadınlar arasında isə J1 -70 kq. çəkidə final görüşünü idarə edib.