ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Hakimlərimiz beynəlxalq yarışlarda ədalət təmsilçiləri arasında yer alıb

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Akif Tahirov və Bəhriyyə Hüseynova 11-12 fevralda İtaliyanın Naples şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda, Fariz Hüseynov və Arzu Acalova 11-12 fevralda Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb.

"B" kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov yarışda qızlar arasında +70 kq. çəkidə bürünc medal uğrunda və -40 kq. çəkidə final görüşü, oğlanlar arasında isə -52 kq. çəkidə bürünc medal uğrunda və -81 kq. çəkidə final görüşünü idarə edib. "B" kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova qızlar arasında -44 kq. və -57 kq. çəkilərdə bürünc medal uğrunda görüşləri idarə edib.

Olimpiya dərəcəli hakim Fariz Hüseynov yarışda qadınlar arasında -63 kq. və -78 kq. çəkilərdə bürünc medal uğrunda görüşləri idarə edib. "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova isə qadınlar arasında -52 kq. çəkidə bürünc medal uğrunda görüşü və -78 kq. çəkidə final görüşü idarə edib.