Hakimlərimiz Roma Açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Olimpiya dərəcəli hakim Fariz Hüseynov və "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova 11-12 martda İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb.