ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Hakimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün seminar təşkil edilib

Hakimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün seminar təşkil edilib

18 iyulda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün seminar keçirilib.

Seminarda yarışlar zamanı mübahisələrə səbəb olan epizodlar təhlil olunub. Hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminarın təşkil olunması hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.   

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.