ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Hakimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün seminar təşkil edilib

18 avqust tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən ACF-in hakimlər heyəti üçün “Cüdo Klub 2012”də seminar keçirilib. 

Seminarda tatamidən çıxışlar, rəqibi itələyərək "işçi zona"dan çıxartma hallarının araşdırılması, həmçinin “dayvinq” vəziyyəti ilə bağlı hakimlərə məlumat verilib. Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş  müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Bununla yanaşı aparıcı hakimlərimizin iştirak etdiyi seminarda yarışların daha dəqiq və səmərli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilib. Seminarda ACF-in Prezidentinin müşaviri Natiq Bağırov iştirak edərək öz tövsiyələrini verib. 

Seminarın təşkil olunması hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.   

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.