ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirinin ikinci günü: 2 qızıl medal

Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirinin ikinci günü: 2 qızıl medal
Heydər Əliyev Bakı Böyük Dəbilqə turnirinin ikinci günü: 2 qızıl medal

Sentyabrın 23-ü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıb.

Turnirin ikinci günü qadınlar arasında -70 kq. çəki dərəcəsində 2 cüdoçumuz, kişilər arasında isə -73 kq. və -81 kq. çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov final görüşündə Moldova təmsilçisi Petru Pelivana ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

-81 kq. çəkidə  Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşıb. Zelim əsas vaxtda rəqibini "vaza-ari" xalı ilə məğlub edərək qızıl medala sahib oldu.

İdmançılarımızı təbrik edirik!