Hidayət Heydərov Açıq Avropa çempionatının bürünc medalını qazandı
16 dekabrda Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bürünc medal əldə edib. Hidayət üçüncü yer uğrunda mübarizədə gürcüstanlı idmançı Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medal qazanıb.
Cüdoçumuzu təbrik edirik!