ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

İdmançılarımız beynəlxalq turnirlərə hazırlaşırlar

3 iyul 2022-ci il tarixindən etibarən Şamaxı Olimpiya İdman Kompleksində cüdoçular üçün təlim-məşq toplanışı təşkil olunub. 14 gün davam edəcək təlim-məşq toplanışında Azərbaycanın böyüklərdən və gənclərdən ibarət milli yığma komandasının 43 üzvü iştirak edir. İdmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə, hazırlıq səviyyələrini təkmilləşdirirlər.

Qeyd edək ki, təlim-məşq toplanışı cari ayın 24-dən 30-dək Slovakiyada təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalına, 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunları, eyni zamanda 10-13 avqust tarixlərində Ekvadorda təşkil olunacaq gənclər arasında Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Daha sonra, 17-27 iyul tarixlərində yeniyetmələrdən ibarət milli yığma komandamızın 32 üzvü də təlim-məşq toplanışına qatılıb, bacarıqlarını təkmilləşdirmək ilə yanaşı yaxın gələcəkdə beynəlxalq  yarışlarda yüksək nəticələr əldə etmək üçün hazırlaşacaqlar.