ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

İdmançılarımız cüdo üzrə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

İdmançılarımız cüdo üzrə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

28 iyul tarixindən etibarən Polşanın Zakopane şəhərində beynəlxalq təlim-məşq toplanışı başlayıb. 17 avqust tarixinə qədər davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli yığma komandanın 14 cüdoçusu iştirak edir. Milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədov rəhbərlik edir.

Təlim-məşq toplanışı 6-12 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında Dünya çempionatına hazırlıq məqsədi daşıyır.