İdmançılarımız Strasburqda keçiriləcək yeniyetmələr üzrə Avropa Kubokunda iştirak edəcəklər
Avropa Cüdo Birliyinin təqviminə görə növbəti yeniyetmələr arasında turnir 23-24 aprel 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində keçiriləcək. Avropa Kubokunda dünyanın 20 ölkəsindən 366 idmançı iştirak edib medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar. Turnir yeniyetmə yaşlı idmançılarımıza özlərini sınamaq və gələcəkdə beynəlxalq səviyyədə təcrübə qazanmaq üçün böyük imkan yaradır.
Ölkəmizi Avropa Kubokunda baş məşqçi Ramiz Ramizzadə rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli yığma komanda təmsil edəcək. Komandanın üzvləri:
-50 kq.
Məhəmməd Məmişov
Xalid Məmmədov
-55 kq.
Məhəmməd Musayev
Xanəhməd Şərifov
Şahin Oruczadə
-60 kq.
Nizami İmranov
Mehdi Cəfərov
-66 kq.
Nicat Nağıyev
Əbil Yusubov
-73 kq.
Süleyman Əliyev
Əli Hacızadə
Nahid Tarquliyev
-81 kq.
Camal Bağışov
+90 kq.
Ramazan Əhmədov
Zaur Sarıoğlu
Qızlardan ibarət milli yığma komanda isə yarışa məşqçisi Elnur İsmayılov olmaqla turnirə qatılacaq. Komandanın üzvləri:
-44 kq.
Xumar Qasımzadə
-52 kq.
Fidan Qasımova
-57 kq.
Fidan Əlizadə
Yarışın püşkatma mərasimini və döyüşləri canlı olaraq ippon.org saytından izləyə bilərsiniz.
Cüdoçularımıza uğurlar arzu edirik!