Idmançılarımız Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalında iştirak ediblər
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilib.
Festivalda müxtəlif ölkələr iştirak edərək öz milli mətbəxlərini nümayiş etdiriblər. Tədbirin iştirakçıları Şuşa şəhərinin tarixi, mədəni irsi o cümlədən Azərbaycan xalqının qonaqpərvərliyi ilə yaxından tanış olublar.
Kulinariya festivalında cüdoçularımız Rüstəm Orucov, Orxan Səfərov, Elmar Qasımov, Leyla Əliyeva və Gültac Məmmədəliyeva iştirak edərək dövlətimizin bu təşəbbüsünü dəstəkləyiblər.