ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

III MDB Oyunlarında 27 cüdoçumuz mübarizə aparacaq

III MDB Oyunlarında 27 cüdoçumuz mübarizə aparacaq

4–5 oktyabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək. Turnirdə Azərbaycanı 16 çəki dərəcəsində 27 cüdoçu (16 oğlan, 11 qız) təmsil edəcək. 

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov, İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışlarında ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan 91 idmançı (50 oğlan, 41 qız) qüvvəsini sınayacaq.

 

Heyəti təqdim edirik:

 

Qızlar 

 

-40 kq

Sunay Salamova

 

-44 kq

Gülşən Hüseynova

Xədicə Abdullayeva

 

-48 kq 

Könül Eyvazlı

 

-52 kq

Nərmin Ağamirzəzadə

Aysun Məmmədova 

 

-57 kq

Nəzakət Vəliyeva

Gülnaz Məmmədtağıyeva

 

-63 kq

Ayan Əliyeva

 

-70 kq

Fidan Cəlilli

 

+70 kq

Zemfira Əliyeva

 

Oğlanlar

 

-50 kq

Devid Mahmudov 

Anar Quliyev 

 

-55 kq

İbrahim Talıbov 

Məhəmmədəli Hüsiyev 

 

-60 kq

Zeyd Ələsgərov

Röyal Qayıbov

 

-66 kq

Hüseyn Hüseynov 

Fəxri Sahibzadə

 

-73 kq

Sadiq Məmmədov 

Yusif Nəzər 

 

-81 kq 

Məhəmməd Ağakişiyev

Abdulla Rəhmətov

 

-90 kq

Nurəddin Əliyev

Səid Hüseynov 

 

+90 kq

Tunar Fərzəliyev

Sübhan Axundov