ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Beynəlxalq Cüdo Federasiyasının internet saytı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən adıçəkilən təşkilatın prezidenti Marius Vizerin qəbul edilməsinə həsr edilmiş məqalə yayımlayıb.

Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada cüdo idman növünün ən önəmli dəstəkçilərindən biridir və bu idman növünün inkişafında mühüm rol oynayır.

Müəllif vurğulayır ki, Azərbaycan dünya cüdosunun aparıcı ölkələrindən hesab edilir və hər il önəmli beynəlxalq yarışlar təşkil edir ki, bu yarışlardan da növbətisi 4-6 noyabr 2022-ci ildə Bakıda keçiriləcək Böyük Dəbilqə turniri olacaq.

Azərbaycan cüdoçularının Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında, digər nüfuzlu beynəlxalq yarışlarda mütəmadi medallar qazandığını qeyd edən məqalə müəllifi bunların sırasında Nazim Hüseynov və Elnur Məmmədlinin Olimpia Oyunlarında əldə etdiyi qızıl medalları, Elxan Məmmədovun dünya birinciliyini, hazırda da karyeralarını davam etdirən Rüstəm Orucov, Elmar Qasımov və Hidayət Heydərovun nailiyyətlərini xüsusilə vurğulayır. Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyevin də Azərbaycan cüdosunun tarixində önəmli iz buraxdığı qeyd edilir.

Müəllif bildirir ki, Beynəlxalq Cüdo Federasiyasının Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının da sədri olan Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin liderliyi ilə Azərbaycanda cüdonun hərtərəfli inkişafı üçün önəmli layihələr həyata keçirilir, xüsusilə uşaqlar və gənclər üçün cüdonun inkişaf etdirilməsi, cüdo dəyərlərinin onlar arasında yayılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanır.

Məqalədə bu il Azərbaycan cüdosunun 50 illik yubileyinin qeyd edildiyi vurğulanıb və Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanın dünya cüdo səhnəsində daha da parlayacağına əminlik ifadə edilib.