İlkin tibbi yardım seminarı keçirilib
Qusarda peşəkar inkişaf proqramı çərçivəsində ilkin tibbi yardım seminarı keçirilib. Seminar zamanı iştirakçılara aşağıdakı mövzular izah olunub və praktiki şəkildə nümayiş etdirilib:
- Kritik vəziyyətlərdə (huşsuzluq, nəfəs çatışmazlığı, zədələnmələr və s.) ilkin tibbi yardımın düzgün təşkili;
- Təhlükəsizliyin təmin olunması və yardım zamanı atılmalı olan addımların ardıcıllığı;
- Real vəziyyətlər əsasında tətbiqi məşğələlər.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən proqrama şimal və cənub bölgələrindən 35 məşqçi qatılıb.